İQTİSADİYYAT


BP-nin dəstəyi ilə Adaptiv Strateji İdarəetmə Proqramı yeni qrupların təliminə başlayır

Bakı, 22 oktyabr, AZƏRTAC

BP və tərəfdaşlarının dəstəyi ilə ADA Universitetində fəaliyyət göstərən Adaptiv Strateji İdarəetmə Proqramı bu həftə iki yeni qrupla təlimlərə başlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bundan əvvəl proqram çərçivəsində ilk iki qrupun 44 nəfər iştirakçısı 2020-ci ilin may ayında təlimləri uğurla bitirib.

Yeni qruplara 39 iştirakçı qoşulub və onların təlimləri bu ilin sonunadək davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin sertifikatları veriləcək.

Adaptiv Strateji İdarəetmə Proqramı beynəlxalq miqyasda tanınmış bir təlim proqramıdır. Bu proqramı Azərbaycana ilk dəfə olaraq gətirməkdə məqsəd qeyri-müəyyənlik və dəyişiklik zamanı təşkilatların öz hədəf və strateji məramlarına doğru məqsədyönlü şəkildə irəliləməsi, rəqabətədavamlı və uğurlu fəaliyyətini davam etdirməsi üçün bu cür dəyişikliklərə uyğunlaşa bilmələrinə kömək etməkdir.

Adaptiv Strateji İdarəetmə Proqramı BP və tərəfdaşlarının biznes təhsili üzrə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsini dəstəkləyən sosial sərmayə layihəsidir. Bu layihə biznes idarəetmə təhsili üzrə mövcud tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihə ABŞ-da yerləşən “Korn Ferry” (əvvəlki adı - “TwentyEighty Strategy Execution”) beynəlxalq təlim şirkəti tərəfindən ADA Universiteti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.