DÜNYA


İtaliyada inflyasiya son 13 ilin ən yüksək səviyyəsinə çatıb

Roma, 1 dekabr, AZƏRTAC

İtaliyada oktyabrda 3 faiz olan illik inflyasiya göstəricisi enerji qiymətlərinin də təsiri ilə noyabr ayında 3,8 faizə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, oktyabrda 3 faiz olan inflyasiya noyabr ayında bazar proqnozlarını üstələyərək 3,8 faiz təşkil edib. Bu, 2008-ci ilin sentyabrından bəri ən yüksək inflyasiya səviyyəsidir.

Ölkədə inflyasiya aylıq göstəricidə isə 0,7 faiz artıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.