ELM VƏ TƏHSİL


Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

Bakı, 26 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 26-da fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə ötən il keçirilmiş qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi tapşırıqların izahına dair metodik tövsiyənin hazırlanması olub.

Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyənin hazırlanması olub.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qrupunun növbəti iclası fevralın 2-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.