İQTİSADİYYAT
2004-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ DAHA ÇOX SOSİAL VƏ SƏRMAYƏ YÖNÜMLÜDÜR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini Əli Əlirzayev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu il olduğu kimi, 2004-cü ildə də gəlirlər və xərclər sisteminin büdcədənkənar fondların hesabına artacağı istisna edilmir. Büdcənin strukturunda da xeyli dəyişklik var. Yəni gələn ilin dövlət büdcəsi, əsasən, sosial və sərmayə yönümlü olacaqdır. Sahibkarlığa Yardım Fondunun vəsaiti 150 milyard manata çatdırılacaqdır.
Minimum əmək haqqının 60 min manata çatdırılacağı, buna müvafiq olaraq əmək haqlarının, pensiya və təqaüdlərin də artacağı gözlənilir. Büdcə kəsiri 0,8 faiz nəzərdə tutulub və bunun kompensasiyası üçün xarici ölkələrdən kredit alınması azaldılacaq, yerli ehtiyatlardan istifadəyə üstünlük veriləcəkdir. Ümumiyyətlə, ölkədə iqtisadi islahatlar sürətləndikcə, daxili imkanlar artır, ÜDM artdıqca, sosial problemlərin həlli də asanlaşır.
Deputat bildirmişdir ki, əvvəlki illərlə müqayisədə 2004-cü ilin dövlət büdcəsi son dərəcə şəffaf olacaqdır.