SİYASƏT
2014-cü ildə ABŞ-da Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir
Bakı, 25 iyun (AZƏRTAC). ABŞ-ın Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Taylor Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda səfərdədir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Smithsonian İnstitutu arasında birgə reallaşdırılacaq layihələri və 2014-cü ildə ABŞ-da keçirilməsi nəzərdə tutulmuş Azərbaycan Mədəniyyəti Günlərinə hazırlıqla bağlı məsələləri müzakirə etməkdir.
Bir sıra dövlət qurumlarında keçirdiyi görüşlərdə Paul Teylor Azərbaycan mədəniyyətinin və tarixinin təbliği məqsədi ilə birgə nəşrlərin hazırlanması və Smitshonian İnstitutunda müxtəlif sərgi, mühazirələrin, təqdimatların keçirilməsi, Vaşinqtonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəliyinin açılması məsələlərini də müzakirə etmişdir.
Bu layihələr Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.