CƏMİYYƏT
Mingəçevirdə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də saat 13:00 radələrində Mingəçevir şəhərinin Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.