Azərbaycan Dövlət İnformasiya Agentliyi

IOTA-ya prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası üçün daha çox dəstək alacaq

IOTA-ya prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası üçün daha çox dəstək alacaq

Bakı, 21 iyun, AZƏRTAC

43 Avropa ölkəsinin birləşdiyi və vergi sahəsində ixtisaslaşmış mühüm beynəlxalq təsisat olan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) təsis edilməsi haqqında rəsmi qərar 1996-cı ilin 28-30 oktyabr tarixlərində Varşava şəhərində keçirilən Mərkəzi, Şərqi Avropa və Baltikyanı Ölkələrin Vergi Administrasiyalarının 3-cü konfransı zamanı qəbul edilib.

Təşkilatın əsas missiyası Avropa regionunda vergi administrasiyaları arasında əməkdaşlığa köməklik etmək və onların fərdi tələbatlarına uyğun olaraq inkişaflarını dəstəkləmək məqsədilə vergi inzibatçılığının praktiki məsələlərinin müzakirə edilməsi üçün forumun təşkil edilməsidir. IOTA Avropa regionunda vergi inzibatçılığının praktiki məsələlərinin müzakirəsi üçün aparıcı təşkilat olmağa çalışır.

Təşkilatın əsas vəzifəsi IOTA üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına köməklik etmək, inkişaf proqramlarının həyata keçirilməsində IOTA üzvlərini dəstəkləmək, ən yaxşı təcrübəni müəyyən etmək və onun qəbul edilməsini dəstəkləmək, həmçinin IOTA üzvləri üçün məlumat və fikir mübadiləsinin aparılmasına töhfə verməkdir. IOTA çərçivəsində əməkdaşlıq təşkilata üzv olan dövlətlərin vergi orqanları ilə ikitərəfli əməkdaşlığın da əsasını təşkil edir, eləcə də vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, beynəlxalq vergitutma sahəsində baş verən proseslər və tendensiyalar barədə məlumatların əldə edilməsi baxımından əhəmiyyətli hesab olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2002-ci ildən IOTA-nın tamhüquqlu üzvüdür, indiyədək 3 dəfə İOTA-nın İcraiyyə Şurasında təmsil olunub. Azərbaycan MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk ölkədir.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə əməkdaşlıq Azərbaycanın vergi sisteminin təkmilləşdirilməsi və vergi xidmətinin müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində aparılan işlərin intensivləşdirilməsi, eləcə də vergi inzibatçılığı sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Bu əməkdaşlıq vergi idarələrinin effektivliyini artırmaq, vergi idarəçiliyi standartlarını yaxınlaşdırmaq, texniki inkişafı təşviq etmək və vergi əməliyyatlarının təhlükəsizliyini qorumaq məqsədilə aparılır, həmçinin Azərbaycanın vergi idarələri üçün təcrübə və məsləhətləşmə imkanlarını artırır və beynəlxalq əməkdaşlıq sahəsində aktiv iştirakını təmin edir.

IOTA vergi sahəsində əməkdaşlıq üçün bir sıra səmərəli alətlərə də malikdir. Belə mexanizmlərə vergi administrasiyaları barədə məlumatların bir bazada toplanmasına və müqayisəli təhlilinə imkan verən ISORA layihəsini, vergitutma sahəsində beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, eləcə də vergi administrasiyası əməkdaşlarının müasir dövrün tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnməsi baxımından VİTARA layihəsini, qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan “Texniki sorğular” alətini misal göstərmək olar ki, bunların da müstəsna əhəmiyyəti var.

Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, vergi nəzarətinin səmərəliliyin artırılması, vergi ödəyicilərinin xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidməti IOTA tərəfindən təşkil edilən tədbirlərdə (konfrans, seminar, iclas və s.) fəal iştirak edir. Azərbaycan IOTA-nın bir sıra mötəbər tədbirlərinə, o cümlədən 2013-cü ildə Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumuna, 2014-cü ildə isə İcraiyyə Şurasının 92-ci iclasına ev sahibliyi edib. Həmçinin 2015-ci ildə IOTA ilə əməkdaşlıq çərçivəsində Bakıda “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” da keçirilib. Forum vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaradıb. Azərbaycanın ev sahibliyi etdiyi forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak edib. Daha sonra 2019-cu ildə IOTA və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə” mövzusunda forum baş tutub. Forumun təşkilində məqsəd Avtomatik Məlumat Mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarət olub. 2019-cu ildə isə Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), IOTA və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunmuş V regional iclasa ev sahibliyi edib.

Dövlət Vergi Xidməti bütövlükdə təşkilatın işində yaxından iştirak edir. Təşkilata üzv olunan dövr ərzində Dövlət Vergi Xidmətinin İOTA ilə əməkdaşlığı çox sıx şəkildə aparılıb. Bu platforma ilk növbədə mütərəqqi təcrübələrin öyrənilməsi, ən yaxşı təcrübələrin ölkəmizin milli vergi sistemində tətbiqi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan da öz növbəsində, əldə etdiyi bir sıra nailiyyətləri təşkilat üzvləri ilə paylaşmağa, informasiya mübadiləsinə səy göstərir.

Dövlət Vergi Xidmətinin bir çox əməkdaşı IOTA tərəfindən təşkil olunan seminar, forum və digər tədbirlərdə həm iştirakçı, həm də ekspert qismində fəal iştirak edir, IOTA-nın müxtəlif işçi və test qruplarında fəal şəkildə təmsil olunurlar.

IOTA-nın 28-ci Baş Assambleyası çərçivəsində keçirilən inzibati sessiya zamanı təşkilatın prezidenti vəzifəsinə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli seçilib. Qurumun prezidentliyini həyata keçirəcək DVX İcraiyyə Şurasına da sədrlik edəcək. Bununla da IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib.

IOTA-nın prezidentliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə nə verəcək?

Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi, əslində ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən qiymətdir. Baş Assambleya çərçivəsində Azərbaycan nümayəndəsinin IOTA prezidentliyinə seçilməsi əslində uzun müddət davam edən prosesin nəticəsidir. Bu əlbəttə təkcə DVX-nin deyil, ölkəmizin beynəlxalq arenada artan nüfuzu və ölkəmizə olan etimaddan irəli gəlir.

IOTA üzvlərinin Azərbaycana göstərdiyi etimad üzərimizə böyük məsuliyyət, eyni zamanda, da böyük həcmli iş qoyur. Təşkilata prezidentlik həm də müəyyən öhdəliklərin yaranması deməkdir. İcraiyyə Şurasının il ərzində müvafiq iclasları keçirilir ki, bu iclaslarda strateji məsələlər, yeni üzvlərin və ya assosiativ üzvlərin qəbul olunması, IOTA nizamnaməsinə dəyişikliklərin edilməsi, təşkilatın yeni daxili qaydalarının qəbul olunması və s. kimi məsələlər həll olunur.

Bundan başqa, IOTA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində təşkilatı təmsil etmək, IOTA tərəfindən təşkil olunan digər tədbirlərdə iştirak etmək vacibdir. Eyni zamanda, Dövlət Vergi Xidməti IOTA tədbirlərində həm təqdimatçı ekspert, həm də iştirakçı qismində fəal iştirak edəcək. Azərbaycan, həmçinin 2025-ci ildə keçiriləcək 29-cu Baş Assambleyaya ev sahibliyi edəcək.

Vurğulamaq lazımdır ki, IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycan üçün əhəmiyyətli fayda gətirəcək potensial imkanlar yaradır. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmasına kömək etmək və nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlarda daha aktiv rol oynamağına imkan verəcək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Həmçinin IOTA prezidentliyi dövründə Azərbaycan vergi idarələrinin modernizasiyası, idarəetmə prinsiplərinin tətbiqi və texnologiyaların inkişafı üçün daha çox dəstək və təlimat almaq imkanına malik olacaq. Bu da vergi idarələrinin effektivliyini artırmaqla yanaşı, vergi məhsullarının toplanması üzrə proseslərin sürətlənməsinə kömək edəcək.

Bundan əlavə, Azərbaycan beynəlxalq vergi idarələri ilə məlumat və təcrübə mübadiləsi üçün daha geniş imkanlar əldə edir. Ən əsası da Azərbaycanın beynəlxalq səviyyədə tanınması və nüfuzunun artması, ölkəyə xarici investisiyaları cəlb etmək və iqtisadiyyatın inkişafına dəstək olmaq üçün güclü imkanlar təşkil edir. Beləliklə, IOTA prezidentliyi Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində nüfuzunu daha da artıraraq, vergi idarələrinin modernizasiyasını dəstəkləyəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə şərait yaradacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır