“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
Bakı, 27 iyun, AZƏRTAC
İki gün öncə İspaniya "Real Madrid"i ilə yollarını ayıran Naço Fernandes Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Kadisiya” ilə müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ərəb klubuna azad agent kimi keçən oyunçu ilə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.
34 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Karyerası ərzində yalnız “Real Madrid”də çıxış etmiş müdafiəçi “kral klubu”nun tarixində ən çox titul (26) qazanan futbolçudur. İspaniya millisinin üzvü həm də UEFA Çempionlar Liqasının altıqat qalibi olmuş 5 oyunçudan biridir.
Qeyd edək ki, Naço Fernandes “Real Madrid”də keçirdiyi 364 rəsmi oyunda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]