Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Ankara, 27 iyun, AZƏRTAC
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Aşqabada səfər edib, burada onu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qəbul edib.
AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə nazirinin səfəri türkmənistanlı həmkarı Begenç Gündoqdıyevin dəvəti ilə təşkil edilib.
Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti və Türkmənistan xalqının Milli lideri, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında da görüş keçirilib.
Bundan əlavə, iki türk dövlətinin Müdafiə nazirlikləri rəhbərlərinin arasında da danışıqlar aparılıb, əməkdaşlığın perspektivləri məsələləri müzakirə olunub.
Yaşar Güler, həmçinin Türkmənistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında da olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]