ELM VƏ TƏHSİL
Lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, qəbul imtahanı 10880 şagirdin iştirakı ilə Bakı şəhəri ilə yanaşı, Ağdaş, Beyləqan, Biləsuvar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Qobustan, Quba, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində təşkil olunub.
İmtahanın nəticələri 10 gün ərzində elan olunacaq.
Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından əldə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [22:08]
Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil
- 27.06.2024 [20:22]
Bakı Dövlət Universiteti “Məzun günü” keçirib
- 27.06.2024 [18:47]
Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib
- 27.06.2024 [18:12]