İQTİSADİYYAT
2014-cü ildə aşağı orbitli yerüstü müşahidə peyki buraxılması planlaşdırılır
Bakı, 27 fevral (AZƏRTAC). 2014-cü ildə aşağı orbitli yerüstü müşahidə peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin buraxılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu barədə jurnalistlərə “Azərbaycan-Yaponiya: kosmik sektor” mövzusunda seminar çərçivəsində məlumat vermişdir.
Nazir daha sonra bildirmişdir ki, cari ilin payızında xarici peyklərdən alınan məlumatın işlənməsi üzrə yerüstü stansiya istifadəyə veriləcəkdir.
Ə.Abbasov qeyd etmişdir ki, Azərbaycan 2020-ci ilə qədər ümumi daxili məhsul (ÜDM) istehsalını ikiqat artırmağı planlaşdırır, ÜDM-nin 100 faiz artımını qeyri-neft sektoru təmin etməlidir.