DÜNYA


2019-cu ildə Finlandiyada doğulan uşaqların sayı 1866-1868-ci illərin böyük aclıq dövründəki səviyyəyə düşüb

Stokholm, 26 yanvar, AZƏRTAC

2019-cu ildə Finlandiyada doğulan uşaqların sayı 1866-1868-ci illərin böyük aclıq dövründəki səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, Finlandiya Statistika İdarəsinin yaydığı məlumata əsasən, ölkədə doğulan uşaqların sayı ardıcıl olaraq doqquzuncu ildir azalır və keçən il bu rəqəm 45 min 600-ə düşüb. Bu, 1866-1868-ci illərdə Finlandiyada baş verən böyük aclıq dövründən bəri qeydə alınan ən aşağı rəqəmdir.

Məlumatda bildirilir ki, keçən il 2018-ci illə müqayisədə ölkədə doğulan uşaq sayı təxminən 2 min azalıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.