20 Yanvar - Azərbaycanın müasir istiqlal tarixində yeni dövrün başlanğıcı
AzerTAg.az
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş onlayn toplantı keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, toplantıda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev 20 Yanvar faciəsi barədə danışıb, həmin faciə zamanı həlak olmuş şəhidlərimizi xatırlayıb.
Tədbirdə iştirak edən akademiyanın prorektorları, dekan və kafedra müdirləri, ümumi orta təhsil və orta ixtisas təhsil pillələrinin rəhbərləri həmin 20 Yanvar hadisələri barədə xatirələrini bölüşüblər. Çıxış edənlər 20 Yanvar faciəsini Azərbaycanın müasir istiqlal tarixində yeni dövrün başlanğıcı kimi səciyyələndirib, 44 günlük Vətən müharibəsində Qələbəmizin bu faciəyə ədalətli cavab olduğunu qeyd ediblər.

Xəbərin mətnində orfoqrafik səhv var