Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür

Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On dörd ildir ki, Azərbaycan energetikləri öz peşə bayramları gününü iftixarla qeyd edirlər. Bu gün ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisə ilə bağlıdır: 37 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə dünyada birincidir

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işləri görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. Həmçinin “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər davam etdirilir, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bütün bu uğurların və görülən işlərin nəticəsi olaraq Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında hazırlanan Qlobal Rəqabətlilik Hesabatına görə, Azərbaycan əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.

Son 14 ildə Azərbaycanda 30-dan çox elektrik stansiyası tikilib

2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud olub və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikada məqsədyönlü investisiya qoyuluşu sayəsində ümumi generasiya gücü 2500 meqavata çatan 30-dan çox elektrik stansiyası istifadəyə verilib. Beləliklə, hazırda respublikanın elektroenergetika sistemində ümumi gücü 6000 meqavatdan çox olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, biri hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır.

Təkcə bu ay Prezident İlham Əliyevin iştirakı ilə Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 meqavatlıq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub, Lerik rayonunda gücü isə 16,5 meqavat olan elektrik stansiyası istismara verilib.

Doqquz ayda 17,2 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

Bu ilin doqquz ayında Azərbaycanda 17 milyard 194,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Ondan əmtəəlik 16 milyard 535,3 milyon kilovat/saat elektrik enerjisi alınıb ki, bunun da 15 milyard 48,4 milyon kilovat/saatı istilik elektrik stansiyalarının, 1 milyard 422,3 milyon kilovat/saatı su elektrik stansiyalarının, 31,9 milyon kilovat/saatı küləklə işləyən stansiyaların, 31,7 milyon kilovat/saatı isə günəş enerjisi ilə işləyən stansiyaların payına düşür.

Elektrik enerjisinin istehsalı üçün müvafiq infrastrukturun inkişafı, o cümlədən yeni elektrik stansiyalarının inşası hazırda da prioritet olaraq qalır. İlin sonunadək “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur, bu da ölkənin enerji sisteminə əlavə 400 meqavat enerji verəcək.

Eyni zamanda, ölkənin enerji sistemində çox ciddi islahatlar aparılır. Yaxın gələcəkdə bu sahəyə əlavə vəsait ayrılacaq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin. Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması da nəzərdə tutulur.

Elektrik enerjisi ixracı 1,5 dəfədən çox artıb

Bu gün elektrik enerjisinə tələbatını tam ödəyən Azərbaycan özünün karbohidrogen resursları ilə yanaşı, elektrik enerjisinin də ixracatçısına çevrilib. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub enerji dəhlizləri vasitəsilə ilkin təbii enerji (neft, qaz) ixracı ilə yanaşı, yüksək texnoloji enerji növü olaraq elektrik enerjisini də Avropa, Rusiya və İran istiqamətlərində ötürür. Belə ki, cari ilin 9 ayında Azərbaycandan 1 milyard 266 milyon 198 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Ötən ilin analoji dövründə isə bu göstərici 812 milyon 338 min kilovat/saat idi. Beləliklə, elektrik enerjisi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfədən çox artıb. Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 59 milyon 637 min ABŞ dolları təşkil edib.

Hazırda Azərbaycan, Rusiya və İran enerji sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılması layihəsinin ümumi modelinin və əsas aspektlərinin razılaşdırılması məsələsi müzakirə olunur. Üç ölkənin birləşdirilmiş enerji şəbəkəsində elektrik enerjisi ticarətinə dair konkret təkliflər hazırlanması sürətlənir və 2019-cu ildə İrana sınaq rejimində elektrik enerjisi göndərilməsi imkanı nəzərdən keçiriləcək.

Göründüyü kimi, Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması üçün zəruri texniki və siyasi vəziyyət qənaətbəxşdir və bu dəhlizin üstünlükləri Azərbaycanın iki qonşu ölkə arasında körpü rolunu möhkəmləndirmək, elektrik enerjisinin tranziti, digər ölkələrlə enerji mübadiləsi, yeni elektrik enerjisi bazarlarının yaranmasını təmin etməkdən ibarətdir. Həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirilib.

Naxçıvan enerji idxalçısından ixracatçısına çevrilib

Naxçıvan Muxtar Respublikada enerji təhlükəsizliyi baxımından görülən irimiqyaslı işlər öz bəhrəsini verib. Enerji təsərrüfatında müasir infrastruktur yaradılıb, enerjinin istehsalından istehlakınadək yeni texnologiyaların tətbiqinə nail olunub.

Hazırda Naxçıvanda enerji təhlükəsizliyi daha çox alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin edilib. Muxtar respublikanın daxili imkanları hesabına istifadəyə verilən və əksəriyyəti hidroelektrik stansiyaları və regionda ən böyük Günəş Elektrik Stansiyası olan güc mənbələri əhalinin məişət ehtiyaclarının, eləcə də sənaye və kənd təsərrüfatının tələbatını tam şəkildə ödəməyə imkan yaradıb. 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 meqavat gücündəki Naxçıvan Günəş Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərindəki 4,5 meqavatlıq su elektrik stansiyası, 22 meqavatlıq Biləv, 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4 meqavatlıq “Arpaçay-2” Su Elektrik stansiyaları ilə yanaşı, tikinti işləri davam etdirilən, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyası və texniki-iqtisadi cəhətdən əsaslandırılması aparılan 14 meqavat layihə güclü Tivi və 3,5 meqavat layihə güclü Qazançı Su Elektrik stansiyaları, habelə Culfa rayonu ərazisində tikintisinin texniki-iqtisadi əsaslandırılması aparılan külək elektrik stansiyası muxtar respublikanın enerji potensialının gələcəkdə daha da artması üçün görülən işlərdəndir.

Bu gün Naxçıvanın böyük elektrik enerjisi potensialı var. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsinə daxil olan elektrik stansiyalarının ümumi qoyuluş gücü ümumilikdə 239,4 meqavat təşkil edir. Həmçinin cari ilin 6 ayında bu elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu enerjinin də 44,93 faizi su elektrik stansiyalarının, 8,84 faizi isə Naxçıvan Günəş Elektrik Stansiyasının payına düşüb.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində cəmi bir elektrik stansiyasının ümidinə qalmış Naxçıvanda enerji qıtlığının iqtisadiyyatı iflic vəziyyətə salması sosial-mədəni həyata da ciddi təsir göstərirdi. Ona görə də enerji təhlükəsizliyinin təmin olunması baxımından elektrik enerjisinin istehsalı, onun itkisiz nəqli və qənaətlə işlədilməsi məsələlərinə kompleks şəkildə yanaşılır.

2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payı 30 faizə çatacaq

Ölkədə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı da daim diqqətdə saxlanılır. 2020-ci ilədək alternativ və bərpaolunan enerji mənbələrinin ümumi enerji balansındakı payının 20 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda enerji potensialı günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə 350 meqavat, biokütlə üzrə isə 20 meqavat həcmində müəyyən olunub. Bu sahələrə təxminən 1 milyard 40 milyon manat investisiyanın sərf olunması planlaşdırılır. 

2030-cu ilədək isə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi həcminin 30 faizə çatdırılması planlaşdırılır.

Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda ləyaqətlə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır. Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada bəzi çayların və su anbarlarının səviyyəsi aşağı düşüb

Ukraynaya ballistik raketlərlə zərbələr endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB 2

ABŞ-nin Nümayəndələr Palatasına Rusiyaya və İrana qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi təqdim olunub

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb, 570 yaralı var – YENİLƏNİB 3

Tətildən sonra işə qayıtmaq niyə çətin olur? – İsveçli psixoloqdan məsləhət

Sahib Məmmədov: Aleksandr Düma Xurşidbanu Natəvanın möhtəşəm analitik zəkasına heyran qalıb

Almaniyanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6301-ə çatıb

ABŞ Prezidenti: Hörmüz boğazını minalardan təmizlədik

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsi TBMM-də qəbul olunub

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

Azərbaycan Qazaxıstan neftinin qəbulunu ildə 2,2 milyon tonadək artırmağa hazırdır

Zelenski: Şimali Koreya Rusiyanın ballistik raketlərlə təchizatını davam etdirir

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb

Sabahdan Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib

Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Türk ekspert: Cənubi Qafqazda əməkdaşlıqyönümlü yeni nizama keçid ehtimalı güclənir

Rəcəb Tayyib Ərdoğan: Ankara və Vyananın strateji əməkdaşlığı Orta Dəhlizin inkişafına töhfə verə bilər

“Comic Con Astana 2026” festivalını rekord sayda insan ziyarət edib

Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ