REGİONLAR


Şəhid Xəyal Namazovun doğum günü məzarı yanında qeyd olunub

Beyləqan, 23 may, AZƏRTAC

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon sakini Xəyal Namazovun doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə dualar oxunub və xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Eyvaz Hüseynov şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib. Xəyal Namazov kimi övladların igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağını bildiriblər.

Şəhid Xəyal Namazovun valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini deyib, şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir Xocavənd rayon 4 nömrəli tam orta məktəbi şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.