MƏDƏNİYYƏT


Qazaxıstanda azərbaycanlıların dəstəyi ilə “Dombra Günü” təşkil olunub

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 1-də Qazaxıstanın Almatı şəhərindəki Respublika Dostluq Evində “Milli Dombra Günü”nə həsr olunmuş “Ən dombyra, jYr dombyra, küy dombyra” adlı bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Respublika Dostluq Evinin və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi tədbirdə dost ölkənin incəsənət ustaları, tanınmış küyilər və ənənəvi mahnı ifaçıları, o cümlədən cənub paytaxtının etnomədəni mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Əbülfəz Xamedov günün əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. Bildirib ki, 2018-ci il iyunun 13-də Qazaxıstan Respublikasının Prezidenti Milli Dombra Gününün qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar günün iyulun ilk bazar günü qeyd olunması qərara alınıb. Ona görə də biz azərbaycanlılar bu gün milli mədəniyyətin özünəməxsusluğunu qoruyub saxlamaq və yaşatmaq ideyası ətrafında cəmiyyətin daha da möhkəmlənməsi üçün “Dombra Günü”nün təşkilatçısı kimi çıxış etdik.

Məlum olduğu kimi, qədim zamanlardan musiqi və mahnılar köçəri xalqın həyatında böyük rol oynayıb. Dombra qazax xalqının simvolu adlandırıla biləcək əsas musiqi alətlərindən biri hesab olunur.

Bu alətin bir çox xalqlarda analoqları var - rus mədəniyyətində formaca oxşar dumra, tacik mədəniyyətində dumrak, özbək mədəniyyətində dutara bənzər dumbyra, dumbrak, qırğız mədəniyyətində romuz, türkmən mədəniyyətində dutar, baş, dumbıra, başqırd mədəniyyətində dumbyra, Azov dənizi noqay mədəniyyətində dombyra, azərbaycanca, türk mədəniyyətində isə saz. Biz hər zaman əcdadlarımızın irsini örnək alacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.