ORDU
Müdafiə Nazirliyi: Türkiyə şirkətinin nazirliyə qarşı guya borc iddiası qaldırması ilə bağlı yayılan məlumat yalandır
Bakı, 4 iyul, AZƏRTAC
Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin “Öztek Tekstil Terbiye A.Ş.” şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd olunub ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:59]
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO
- 10.05.2024 [11:19]
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO
- 08.05.2024 [21:00]