Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Qeyd edək ki, aksiya çərçivəsində 100-ə yaxın ağac əkilib.
Tədbir çərçivəsində, həmçinin Elm və Təhsil Nazirliyinin 7 əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.