İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib

Bakı, 9 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4 faiz, büdcə vəsaitləri 29,6 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, digər vəsaitlər 5 faiz, bank kreditləri isə 3,2 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.