İDMAN


Eldəniz Əzizli: Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu idman yarışında da bizim yanımızda idi

Bakı, 16 avqust, AZƏRTAC

Məqsədimiz çempion olmaq idi. Şükürlər olsun ki, güləş üzrə milli komandamız yekunda Beşinci İslam Həmrəyliyi Oyunlarının ən yaxşı komandası seçildi. Ümid edirəm ki, ölkəmiz ümumi medal sıralamasında ilk üçlükdə yer alacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

“Ölkəmizin idman sahəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu idman yarışında da bizim yanımızda idi. Bizə dəstək göstərən xalqımıza təşəkkür edirik”, - deyə E.Əzizli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.