MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda şəhidlərimizin xatirəsi anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda 27 Sentyabr-Anım Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və torpaqlar azad olub.

Vurğulanıb ki, Anım Günü Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək xalqın tarixinə qızıl hərflərlə Zəfər yazmış və türkün gücünü bütün dünyaya nümayiş etdirmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsinin bir nümunəsidir. 27 sentyabr eyni zamanda Zəfər tarixinin başlandığı və bütün türk dünyasının qürurla xatırladığı bir gündür. Bu Zəfər uğrunda şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarına Allahdan rəhmət diləyirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.