CƏMİYYƏT
Şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə agentliyin rəhbər heyəti və Vətən müharibəsinin iştirakçıları iştirak ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində qələbə ilə başa çatmış Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaətini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.