DÜNYA


ABŞ-da “İen” qasırğasında ölənlərin sayı 98 nəfərə çatıb

Bakı, 4 oktyabr, AZƏRTAC

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Floridada 94 nəfərin və Şimali Karolinada 4 sakinin ölümü təsdiqlənib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl qasırğa nəticəsində 87 nəfərin öldüyü bildirilirdi. Dördüncü kateqoriyalı "İen" qasırğasının Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər tələb olunduğu bildirilir.

Ştatda 630 mindən çox istehlakçı işıqsız qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.