Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir

İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İran ilə münasibətlərdə gərgin dövrlər çox yaşanıb. Lakin yaxın qonşuluq və iqtisadi-ticari əlaqələrin qarşılıqlı faydalı xarakter daşıması gərginliklərin dərinləşməsinə imkan verməyib. Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Azərbaycanın bu Qələbə nəticəsində torpaqlarımızı işğaldan azad etməsi bir sıra müsəlman ölkələrindən fərqli olaraq İran tərəfindən narahatlıqla qarşılandı. Yaxın qonşumuz və müsəlman “təəssübkeşi” kimi çıxış edən İran öz narahatlığını nədənsə çox kəskin şəkildə büruzə verdi.

Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü, İran-Azərbaycan sərhədini isə dostluq və qardaşlıq sərhədi adlandıraraq yaxın qonşumuza xoş mesajlar vermişdi. Bununla yanaşı, bir sıra İran şirkətlərinə də Qarabağın bərpasında iştirak etmək imkanı yaradıldı. Rəsmi Bakı 30 ilə yaxın bir dövrdə Azərbaycanın tarixi torpaqlarının işğalına İranın susqunluğuna, Şuşada və İrəvanda azərbaycanlılara məxsus məscidlərin təmir edilərək fars məscidləri kimi qələmə verməsinə, 44 günlük Vətən müharibəsi dövründə rəsmi Tehranın Ermənistana silah-sursat ötürməsinə baxmayaraq, qonşuluq münasibətlərini davam etdirmək niyyətini dəfələrlə bəyan etmişdi. Lakin İran Azərbaycana qarşı heç bir əsası olmayan qondarma iddialar irəli sürməyə başladı. Sözdə İslam dəyərlərinə üstünlük verən İran nədənsə ermənilərin 67 məsciddən 65-ni dağıtmalarına göz yumdu, amma Azərbaycanın İsrail ilə əlaqələrini böyük hay-küylə qarşıladı. İki müstəqil dövlətin diplomatik əlaqələrinin üçüncü tərəfə nə kimi mənfi təsir göstərəcəyini soruşsan, heç bir İran siyasətçisi tutarlı arqument irəli sürə bilməz.

Ermənistanın Qafan şəhəri çox balaca bir yaşayış məntəqəsidir və bu şəhərdə tez-tələsik konsulluq açmaq İranın nəyinə lazımdır?! Din qardaşlarına tarix boyu olmazın müsibətlər yaşadan Ermənistanın kiçik bir şəhərində diplomatik zərurət olmadığı halda konsulluq açan İran Azərbaycanın İsrail kimi müstəqil bir dövlətdə səfirlik açmaq qərarına hansı üzlə etiraz edir?!

Bu sualı cavablandırmaq heç də çətin deyil. Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib və həmişə özünə himayədar axtarışında olub. Azərbaycana məğlub olduqdan sonra Ermənistan rəsmiləri İrana üz tutaraq tarixi dostluqdan danışmağa başlayıblar. Regionda sülhün yaradılması istiqamətində Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündən sonra dərhal Tehrana rəsmi səfər edən baş nazir Nikol Paşinyanı qucaqlayan rəsmilər nə demək istəyiblər görəsən... Rəsmi Tehran bəyan edir ki, regionda dövlətlərin sərhədlərinin dəyişməsi qəbuledilməzdir və bu, İranın qırmızı cizgisidir. Əgər sərhədlərin dəyişməsi Tehran üçün qəbuledilməzdirsə, 30 il ərzində Ermənistan sərhədləri dəyişərək Azərbaycan ərazilərini işğal etdiyi vaxt niyə səsini çıxarmırdı... Deməli, Ermənistan müsəlmanların yaşadığı yeri işğal edib sərhədi dəyişə bilər və bu, İran üçün qəbulediləndir. Lakin Azərbaycan öz ərazilərini işğaldan azad edəndə İran üçün qəbuledilməzdir. Haradadır İranın minillik incə diplomatiyası... Səbəb nədir ki, regionda heç bir müsəlman dövləti ilə yola getməyən İran Ermənistana əvvəlkindən daha çox dəstək olur.

İranın qeyri-konstruktiv siyasətinin mahiyyətini anlamaq üçün əvvəlcə bu ölkənin siyasi quruluşuna və daxildə baş verən hadisələrə nəzər yetirmək lazımdır. İranın daxili siyasətinə nəzər saldıqda burada siyasi qüvvələrin iki əsas qanadda cəmləşdiyini görərik. Bunlardan biri islahatçılardır ki, hakimiyyətdə təmsil olunduqda İranın dünya ilə inteqrasiyasını gücləndirmək, sanksiyaların aradan qaldırılması üçün konsensus əldə etmək istəyindədirlər. Digər qanad isə mühafizəkarlardan ibarətdir. Bu qanadın bariz nümayəndəsi İbrahim Rəisidir ki, o da bu gün İranın Prezidentidir. Bu siyasi düşərgənin nümayəndələri radikal islamçılardan ibarətdir. Təsadüfi deyil ki, bu qanadın nümayəndəsi hakimiyyətə gəldikdən sonra əxlaq polisinə böyük səlahiyyətlər verildi. Bunun da nəticəsində 22 yaşlı qız baş örtüyünü düzgün örtmədiyinə görə öldürüldü. Bunların xarici siyasət xətti isə dünya ilə inteqrasiya deyil, Yaxın Şərqi siyasi monopoliyaya almaq və öz dini ideologiyasını yaymaqdan ibarətdir. Bu xətti radikal qanadın hakimiyyətdə təmsil olunan nümayəndələri xüsusi xidmət orqanlarının vasitəsilə qonşu dövlətlər arasında yaymağa cəhd edirlər.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti xüsusi əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni və casus şəbəkəsini ifşa etdi. Bu əməliyyatlar nəticəsində ümumilikdə 24 nəfər saxlanıldı. Bu, həmişə ona xeyirxah münasibət bəsləyən Azərbaycana İranın “mehriban dostluq və qardaşlıq” niyyətinin göstəricisidir. Yaxud İran silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sərhədində - Araz çayı boyunca hərbi təlimlər keçirməsi, bununla Azərbaycanı qorxutmağa çalışması onun müsəlman təəssübkeşi olmadığını təsdiq edir. İranın Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Araz çayı boyunca uğurlu əməliyyatına mane olmaq cəhdi də unudulmayıb.

Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. İnqilabdan ötən 40 il ərzində əhaliyə sözdən başqa bir şey verə bilməyən klerikal hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar heç də qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, İran dövləti 40 il ərzində xalqına quru vəddən başqa bir şey verə bilməyib. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada hegemonluq etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edam edilməsi xalqın, necə deyərlər, səbir kasasını daşdırıb.

Diqqəti bu problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür.

Azərbaycan Respublikası heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın İsrail və ya digər bir dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Ölkəmiz xarici siyasətini milli maraqlarını nəzərə alaraq qurur və bu işdə kiminsə məsləhətinə ehtiyacı yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan verməyəcək.

Beləliklə, beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə münasibəti korlayaraq təqsiri üzərindən atmaq istəyən İran hakimiyyəti, ilk növbədə, öz siyasi xəttini korrektə etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb