ELM VƏ TƏHSİL


AzMİU-nun tələbəsi yapon dili müsabiqəsində uğur qazanıb

AzMİU-nun tələbəsi yapon dili müsabiqəsində uğur qazanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) II kurs tələbəsi Əsmər Cəfərli Bakı Dövlət Universitetində keçirilən 21-ci Bakı yapon dili natiqlik müsabiqəsində III yerə layiq görülüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, o, müsabiqəyə “Mənim gözümdə dostluğumuz” mövzusunda inşası ilə qatılıb. Yapon dilində səlis çıxışı ilə münsiflərin diqqətini cəlb edən Əsmər Cəfərliyə qazandığı uğura görə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Əsmər Cəfərli yapon dilini orta məktəbin V sinfində oxuyarkən öyrənməyə başlayıb. O, tək yapon dilinə yox, yapon mədəniyyəti, tarixi, adət-ənənələrinə böyük maraq göstərərək bu istiqamətdə təşkil olunan yarışlarda və müsabiqələrdə uğurla iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.