Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Dəmir yumruq” - yeganə təsir vasitəsi

“Dəmir yumruq” - yeganə təsir vasitəsi

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabrın 15-də Fransa Senatı Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən və Azərbaycana qarşı böhtan və iftiralarla dolu bir qətnamə qəbul etdikdən sonra estafeti Milli Assambleyaya ötürdü. Dünən isə Fransa Respublikasının Milli Assambleyası Senatın iddialarına dəstək nümayiş etdirən bir qətnamə qəbul etdi. Ardınca Fransa Xarici İşlər Nazirliyi tərəfindən bu qətnamələrin Fransa hökumətinin mövqeyi ilə üst-üstə düşmədiyi və Fransa hökuməti tərəfindən dəstəklənmədiyi elan edilsə də bu hələlik Ermənistan siyasətçilərinin “qələbə” eyforiyasını söndürə bilməyib. Bu üç hadisənin ardıcıllığından çıxan nəticə hələlik ermənilər tərəfindən düzgün oxunmur və ya özlərini bilməməzliyə vururlar. Odur ki, Fransa Prezidentinin təşəbbüsü və barmaq işarəsi ilə parlamentin hər iki palatasında qəbul olunmuş, ardınca Fransa hökuməti tərəfindən rədd edilmiş bu qətnamələrin iddia olunan faydası və real zərəri haqqında erməni cəmiyyətinin düşünməyinə ehtiyac var.

Bu fikirlər Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Dəmir yumruq” - yeganə təsir vasitəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan hökuməti, parlamenti və cəmiyyəti haqlı olaraq bu bədnam qətnamələri dəyərsiz bir kağız parçası hesab etdiyini bildirib. Ermənistan cəmiyyəti isə yenə də bu dəyərsiz kağız parçaları üzərində siyasət qurmağa, növbəti dəfə aldanmağa meyilli görünür. Bu günlərdə Ermənistan mətbuatı artıq Fransa ilə daha sıx hərbi əməkdaşlıqdan və Fransa qoşunlarının əraziyə gətirilməsindən tutmuş hətta Qarabağ ərazisində Fransanın hansısa qondarma missiyasının yerləşdirilməsinə qədər absurd ideyalarla dolub daşır. Erməni millətçilərinin entuziazmı o həddə çatır ki, 200 il əvvəl onları Cənubi Qafqaza köçürmüş və 100 il əvvəl onlara Azərbaycan ərazisində dövlət yaratmış və bu gün də onların sərhədlərini mühafizə edən Rusiyanı artıq tanımaq belə istəmirlər. Saxta Fransa hamiliyinə dərindən inanmış ermənilərin KTMT dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlmiş V.Putini Avropa İttifaqının bayraqları ilə qarşılaması da bu sadəlövhlükdən irəli gəlir.

Amma reallıqda nə baş verir, bunun ermənilərə faydası və zərəri nə ola bilər? Bu haqda erməni siyasətçiləri düşünməyi və danışmağı xoşlamırlar. Onlar öz inandıqlarına sitayiş etməyə adətkardırlar. Erməniçilik, millətçilik və terrorçuluq ideyaları ilə zəhərlənmiş erməni cəmiyyəti dəfələrlə başları daşa dəyməsinə baxmayaraq, yenə də öz xam xəyallarını Azərbaycan torpaqlarının üzərində süzdürməyə davam edir və növbəti dəfə öz fantaziyalarını Fransa vasitəsilə gerçəkləşdirə biləcəklərinə ümid edirlər.

Son iki ildə Ermənistanla Azərbaycan arasında baş tutmuş təmasların xronologiyası mümkün sülh prosesinin məhz sonuncu Praqa görüşündən sonra pozulduğunu göstərir. Praqada noyabrın 6-da keçirilən görüşə qədər həm Rusiya, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin nəticələrində pozitiv dinamika müşahidə olunurdu. İlk dəfə olaraq bu görüşlərə Fransa Prezidentinin də qatılması tərəflər arasında əldə olunmuş irəliləyişlərin qarşısını aldı. Ardınca Fransa Prezidentinin sonrakı görüşlərdə də iştirakının Ermənistan tərəfindən şərt kimi irəli sürülməsi danışıqlar prosesini dalana dirədi. Beləliklə, qapı arxasında E.Makronla N.Paşinyanın sövdələşməsi iki ölkə arasında münasibətlərin tənzimlənməsinə mane olmaqla bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin qarşısını aldı.

Baş verənlərin Ermənistanın milli maraqlarına uyğun olduğunu düşünmək belə ağılsızlıq olardı. Onda Ermənistan niyə Makronun oyunlarına getdi? Ehtimal etmək olar ki, Paşinyan-Makron cütlüyünün ssenarisinə görə Fransa Prezidenti bu görüşlərə qatılmaqla bir tərəfdən Minsk qrupundakı uğursuzluğunu ört-basdır etməli, digər tərəfdən isə Azərbaycana Senat və Milli Assambleya vasitəsilə siyasi təzyiq göstərməklə Azərbaycandan Ermənistan üçün müəyyən güzəştlərin əldə edilməsinə nail olmalı idi. Başqa bir tərəfdən, bu proseslərdə destruktiv rol oynamaqla, Fransanın heç də Ermənistana dəstək olmaq yox, əksinə öz xeyrinə Azərbaycandan hansısa preferansiyalar əldə etmək istədiyini də istisna etmək olmaz. Amma belə bir diletant ssenari işləyə bilməzdi.

Azərbaycan Prezidentinin növbəti dəfə Makronun qatılacağı görüşdən imtina etməsi Paşinyan–Makron oyununu elə başlanğıcında dayandırdı. 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatının tələblərinin yerinə yetirilməməsi və o cümlədən Sülh müqaviləsi üzrə danışıqların dayandırılması isə ilk növbədə, Ermənistanı daha ağır duruma salır. Erməni hərbçilərinin hər bir təxribatı yenidən Azərbaycan Ordusunu hərəkətə gətirə bilər və o zaman Ermənistan yenidən sülh yalvarışlarına əl atmalı olacaq. Bütün hallarda bölgədən kənar güc sahibinə ümid edərək konstruktiv danışıqlar prosesini pozmaq Ermənistanı növbəti fəlakətlə üz-üzə qoya bilər. Görünür ki, bir tərəfdən Rusiya ilə Avropa İttifaqı arasında, digər tərəfdən İranla ABŞ arasında “manevrlər” etdiyini güman edən Ermənistan hakimiyyəti indiki durumunda belə riskli reveransların hansı acı nəticələrə gətirib çıxara biləcəyini düşünmək və anlamaq iqtidarında deyil.

“Başına gələn başmaqçı olar” deyiblər. Bu misalın Ermənistanın bugünkü durumuna birbaşa aidiyyəti var. Görünən odur ki, Birinci Dünya müharibəsi illərində, ardınca 1918-1920-ci illərdə və nəhayət, 1988-2020-ci illərdə başına gələnlər Ermənistanı “başmaqçı” edə bilmədi. Deməli, “dəmir yumruq” hələ də yeganə təsir vasitəsi olaraq qalmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar