İQTİSADİYYAT


Güzəştli kreditin əldə edilməsi mexanizmi ilə bağlı sahibkarların təklifləri öyrənilib

Bakı, 9 dekabr, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarlıq subyektlərinə ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda sahibkarlarla görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, Gədəbəy, Mingəçevir, Naftalan, Neftçala və Yardımlı şəhərlərində keçirilən görüşlərdə SİF, KOBİA, müvafiq icra hakimiyyəti və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər. Görüşdə Fondun prioritet istiqamətləri barədə məlumat verilib və kreditin əldə edilməsi ilə bağlı sahibkarları maraqlandıran məsələlər müzakirə olunub. Həmçinin sahibkarların mövcud mexanizmlə bağlı təklifləri öyrənilib.

Qeyd edək ki, 2022-ci ildə Fond tərəfindən ayrılmış güzəştli kreditlərin həcmi az olan regionlarda sahibkarlarla görüşlərin keçirilməsində məqsəd, sahibkarların maliyyələşmə sahəsində mövcud çətinliklərinin öyrənilməsi və maarifləndirmənin aparılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.