SİYASƏT


Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzairdə səfərdədir

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əlcəzair şəhərinin “Houari Boumediene” hava limanında nümayəndə heyətini Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

İşgüzar səfər yanvarın 30-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.