İDMAN


Basketbol millimizin Ankarada təlim-məşq toplanışı başa çatıb

Basketbol millimizin Ankarada təlim-məşq toplanışı başa çatıb

Bakı, 3 fevral, AZƏRTAC

On altı yaşadək qız basketbolçulardan ibarət yığma komandamız Ankarada təlim-məşq toplanışını başa vurub.

AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində 7 yoxlama oyunu keçirən komandamız bu görüşlərin altısından qələbə ilə ayrılıb.

Təlim-məşq toplanışı iyulun 18-23-də Andorrada keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlıq xarakteri daşıyıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.