DÜNYA


Səudiyyə Ərəbistanının Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu təsdiqlənib

Səudiyyə Ərəbistanının Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu təsdiqlənib

Bakı, 29 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Krallığa Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusu verən Anlaşma Memorandumunu təsdiqləyib.

Avrasiya regionunun siyasi, iqtisadi, beynəlxalq təhlükəsizlik və müdafiə təşkilatı olan Şanxay Əməkdaşlıq Təşkilatına Hindistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, müvafiq sənəd Ciddədəki Əl-Salam sarayında Kralın başçılığı ilə Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin iclası zamanı imzalanıb. İclasda Kral Salman bin Əbdüləziz, həmçinin Krallıq və Çin arasında texniki və peşə təhsilinin başlanmasına dair sazişi təsdiq edib.

İclasda Səudiyyə Ərəbistanının lideri ötən cümə günü Türkiyənin Danimarkadakı səfirliyi qarşısında baş vermiş müqəddəs Qurani-Kərimin yandırılmasını pisləyib və dialoq, tolerantlıq və hörmət dəyərlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.