Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır
Bakı, 10 may, AZƏRTAC
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədən guya gizli yolla qızıl çıxarılması ilə bağlı rezonans doğuran videonu şərh edib.
AZƏRTAC xəbər verir ki, Sadır Japarov “Kabar” informasiya agentliyinə müsahibəsində hökumətə məxsus bütün qızıl mədənlərində və “Qara-Balta” zavodunda videokameralar quraşdırıldığını və çəkilişin gecə-gündüz kompüterə yazıldığını deyib.
Dövlət başçısı sosial şəbəkələrdə yayılan videonu saxta adlandırıb və onu təkzib edən misal kimi qızıl hasilatı sektorunda mənfəətlə bağlı statistik məlumatları göstərib. Belə ki, “Qırğızaltın” müəssisəsinin 2020-ci ilədək xalis mənfəəti cəmi 340 milyon som olduğu halda, 2023-cü ildə bu göstərici 12 milyard 600 milyon soma çatıb. Sadır Japarov yüksək gəlirlərin təkcə “Qırğızaltın” müəssisəsində və “Kumtor” yatağında deyil, gömrük və vergi sistemlərində də qeydə alındığını vurğulayıb.
“Müstəqilliyin əldə edildiyi 1991-ci ildən 2020-ci ilədək ölkənin milli qızıl ehtiyatları cəmi 16 ton idi, hazırda isə 52 tondur. Bu, yalnız son üç ildə əldə edilən uğurdur. İlin sonunadək bu göstərici daha da artacaq”, - deyə prezident bildirib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Qırğızıstan qızılının gizli şəkildə xaricə çıxarıldığını əks etdirən video geniş rezonans doğurub. Videoda qızıl qaçaqmalçılığında prezidentin böyük qardaşı Sabır Japarovun əli olduğu iddia edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]