SİYASƏT
Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər
Brüssel, 26 may, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiya şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, mayın 27-dək davam edəcək sessiyada alyansa üzv 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, iqlim və enerji təhlükəsizliyi, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun yeni müdafiə planının həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılır.
Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı iştirak edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel