REGİONLAR


AĞDAŞ TAXILÇILARI SƏPİNİ DAVAM ETDİRİRLƏR

Bu il 11 min 338 hektar sahədən 33 min 208 ton məhsul götürən Ağdaş rayonunun taxılçıları payız əkininə ciddi hazırlaşmışlar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu payız 12 min 400 hektarda taxıl səpini aparmaq nəzərdə tutulmuşdur. Hazırda bununla əlaqədar ciddi işlər görülür. İndiyədək 5 min 757 hektar sahə şumlanmışdır. Bu, keçən ilin müvafiq dövründəkindən 420 hektar artıqdır. Sahələrdə 50-dən çox müxtəlif markalı traktor işləyir.

Artıq Ərəbocağı, Yuxarı Nemətabad, Pirəzə, Eymur, eləcə də digər ərazi bölgələrində 1118 hektarda səpin aparılmışdır ki, bundan 577 hektarı dənlik, 541 hektarı isə xəsillikdir. Sahələrdə 46 səpin aqreqatı işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.