İDMAN
Şəkidə keçirilən Qafqaz motofestivalı öz rəngarəngliyi ilə seçilir VİDEO
Şəki, 30 avqust (AZƏRTAC, Mustafa Dadaşov). Məşhur telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü şərəfinə Şəkidə keçirilən Qafqaz motofestivalı rəngarəng proqramı ilə seçilir.
AZƏRTAC xəbər verir ki, avqustun 30-da Olimpiya İdman Kompleksinin qarşısındakı prospektdə baykerlərin iştirakı ilə test-yürüş keçirildi. Təhlükəsizliyi təmin etmək məqsədilə prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.
Baykerlər əvvəlcə qrup halında marşrut üzrə yürüş etdilər. Sonra motosikletçilər qoşa yarışlarda fərdi ustalıqlarını nümayiş etdirdilər. Baykerlərin riskli hərəkətləri, yüksək sürət tamaşaçılara həyəcan dolu anlar yaşatdı.
Proqrama uyğun olaraq daha sonra “Çingiz klub”da festival iştirakçıları üçün “Kolonda hərəkət qaydaları” mövzusunda motoseminar keçirildi.