MƏDƏNİYYƏT
Bakıda keçirilən “TEFİ-Sodrujestvo” IV Beynəlxalq televiziya festivalı başa çatdı VİDEO
AZƏRTAC xəbər verir ki, “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə dövlətlərarası fondlarının və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkə öz layihəsi ilə iştirak edirdi.
Tədbirin aparıcıları “Adamovo Yabloko” teleşirkətinin bədii rəhbəri Kiril Nabutov, “Exo Moskvı” radiostansiyasının aparıcısı Svetlana Sorokina bildirdilər ki, festivalın Azərbaycanda keçirilməsi mühüm hadisədir. Bakıya ilk dəfə gəldiklərini deyən festival iştirakçıları paytaxtımızın MDB-də ən gözəl şəhərlərdən biri olduğunu vurğuladılar. Onlar festivalın təşkilində əməyi olan hər kəsə minnətdarlıq etdilər.
“TEFİ-Sodrujestvo”nun təşkilatçıları beynəlxalq tədbirin Bakıda keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti Administrasiyasına təşəkkürlərini bildirdilər.
Daha sonra festivalın laureatlarına diplomlar təqdim olundu.
Qeyd edək ki, MDB ölkələrinin teleefirində yeni tarix” mövzusuna həsr edilən “TEFİ Sodrujestva” IV Beynəlxalq televiziya festivalı çərçivəsində mütəxəssislərin iştirakı ilə ustad dərsləri, müasir jurnalistikanın aktual məsələlərinə dair “dəyirmi masa”lar təşkil olunub.