SİYASƏT
“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib VİDEO
Bakı, 13 oktyabr (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə oktyabrın 13-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn dəmiryolçular Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]