İQTİSADİYYAT


Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 16 kilometri əsaslı təmir olunub

Sumqayıt, 8 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı ilə Sumqayıt arasında sərnişin daşımalarının sürətləndirilməsi üçün dəmir yolu infrastrukturu müasirləşdirilir.

AZƏRTAC xəbər verir ki, Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun yenidən qurulması sərnişin daşımaları tələbatını ödəməyə və avtomobil nəqliyyatının alternativini təmin etməyə imkan verəcək. Hazırda elektrik qatarları Sumqayıta Sabunçu-Zabrat-Pirşağı yolu ilə hərəkət edir. Bir tərəfə getmək isə 1 saatdan da çox vaxt aparır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmiri işlərinə martın 3-dən start verilib və bu günədək 16 kilometr yol təmir olunub. Hazırda daha 3,4 kilometr yolun təmirinə başlanılıb. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Əsaslı təmir işləri birinci Avropa Oyunlarınadək başa çatdırılacaq.

N.Əzməmmədov, həmçinin Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda istifadə olunmaq üçün yeni elektrik qatarlarının alınması ilə bağlı danışıqların aparıldığını da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.