BAKI-2015


Birinci Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan güləşçiləri müəyyənləşib

Bakı, 8 iyun, Səxavət Quliyev, AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan güləşçilərinin iyunun 8-də mətbuat üçün açıq məşqi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev Oyunlarda mübarizə aparacaq heyəti açıqlayıb.

Semyon Çterevin baş məşqçisi olduğu qadın güləşi üzrə yığma komandamızın heyətində Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Natalya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) yer alıblar.

Yunan-Roma güləşi yarışlarında baş məşqçi Cəmşid Xeyrəbadinin rəhbərliyi altında Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabahi Şəriəti (130 kq) mübarizə aparacaqlar.

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudov isə Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) şans verib.

Sonra Namiq Əliyev güləşçilərə uğurlar arzulayıb, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasını tarixi hadisə kimi dəyərləndirib və idmançılarımızın əsas hədəflərindən danışıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.