REGİONLAR


Göyçayda bölgənin ən hündür bayraq dirəyi ucaldılıb

Göyçay, 17 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Bu günlərdə Göyçay şəhərindəki Heydər Əliyev parkında Azərbaycanın dövlət bayrağı ucaldılıb. Mərmərdən postament tikilib və 76 metr hündürlüyündə bayraq dirəyi qaldırılıb. Bu, bölgədə ən hündür bayraq dirəyidir. Göyçay səmasında dalğalanan bayrağın ölçüsü isə 12x24 metrdir.

AZƏRTAC xəbər verir ki, hazırda parkın ərazisi genişləndirilir. Heydər Əliyev Mərkəzinin yaxınlığında bir hektar ərazidə salınan parkda bayraq meydanı, gənclər evi, müasir fantanlar inşa edilir. Əraziyə yeni mərmər döşənir. Parkda ağac və gül kolları əkiləcək, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.