Qadın güləşçilərimiz Kiyevdə birincilik uğrunda mübarizə aparacaqlar
AzerTAg.az
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 13-14-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcək.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Anjela Doroqan, Almaz İsmayılova (hər ikisi 55 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç (hər ikisi 58 kq), Tatyana Omelçenko (60 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (69 kq) birincilik uğrunda mübarizə aparacaq.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev ölkəmizi təmsil edəcək.

Xəbərin mətnində orfoqrafik səhv var