Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü Qarabağ bölgəsində qeyd olunub

Ağdam, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Qarabağ bölgəsində də təntənə ilə qeyd edilib. Dahi rəhbərin anadan olmasının 93-cü ildönümü münasibətilə müxtəlif tədbirlər, sərgilər və ağacəkmə aksiyaları keçirilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da səhər saatlarından başlayaraq ağdamlılar Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimdə rayon rəhbərliyi, YAP rayon təşkilatının fəalları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sonra Ulu Öndərin doğum günü münasibətilə rayon ərazisində iməcilik keçirilib. Tərtər-Hindarx avtomobil yolunun Quzanlı qəsəbəsi və İmamqulubəyli kəndi ərazisindən keçən hissəsində, Bayraq meydanında, Quzanlı-Xındırıstan avtomobil yolunun kənarında və Heydər Əliyev parkında abadlıq-təmizlik işləri aparılıb, 2875 çinar, zeytun, Eldar şamı, küknar, sərv və digər ağaclar əkilib.

X X X

Bərdə rayon ictimaiyyəti, YAP rayon təşkilatının fəalları, hüquq mühafizə orqanlarının rəhbərləri, əmək kollektivləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyub, böyük öndərə öz sevgi və məhəbbətlərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində keçirilən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs edib, xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar.

Tədbirdə YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən bilik, mahnı, şeir, bədii qiraət müsabiqələrinin qaliblərinə diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

X X X

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Beyləqanda da qeyd olunub. Minlərlə beyləqanlı Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları məktəblilərin Ulu Öndərə həsr etdikləri gül və əl işləri sərgisi ilə, Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, sənədli filmə tamaşa ediblər.

Anım mərasimində Ümummilli Liderin həyat və fəaliyyətindən, xilaskarlıq rolundan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışılıb.

Həmin gün rayon ərazisində ümumrayon iməciliyi keçirilib, 2 mindən çox ağac və gül kolu əkilib.

X X X

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər mayın 10-da Ümummilli Liderin Xocavənd qəsəbəsində ucaldılmış abidəsi önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, xocavəndli məktəblilərin Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiyası da təşkil olunub. Şagirdlər Mərkəzdə Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, filmə tamaşa ediblər.

Ekskursiya iştirakçılarına Ulu Öndərin zəngin irsi, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri barədə ətraflı məlumat verilib.

X X X

Ağcabədi rayon ictimaiyyəti, əmək kollektivləri Heydər Əliyev adına meydanda Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyub, dahi rəhbərə öz sevgi və məhəbbətlərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində davam edən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, Heydər Əliyevin zəngin həyatından, Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevə olan xalq sevgisi zaman ötdükcə daha da çoxalır. Nə qədər ki, bu xalq var, Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən-nəslə ötürüləcək.

Tədbirdə dahi rəhbərə həsr olunmuş film və şagirdlərin ifasında şeir kompozisiyası nümayiş etdirilib.

X X X

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub. Laçınlı məcburi köçkünlər ulu öndər Heydər Əliyevin qəsəbədəki büstü önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra Taxtakörpü ərazisində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında keçirilən tədbirdə təşkilatın aparat rəhbəri Xaliq Musayevin “Azərbaycanın əbədi inkişaf yolu Heydər Əliyev yoludur” mövzusunda məruzəsi dinlənilib.

Gənclər Birliyinin sədri Vüsal Həsənov və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, gənclərə olan diqqət və qayğısından danışıblar. Bildirilib ki, Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

X X X

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Horadiz şəhərində keçirilən tədbirdə üç mindən çox insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, füzulililər Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Heydər parkında təşkil olunan gül kompozisiyaları, Ulu Öndərə həsr edilən kitab sərgisi və əl işləri ilə tanış olublar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə rayon ərazisində iməciliklər keçirilib, ağac və gül kolları əkilib, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-sahman işləri görülüb.

Tədbir Heydər parkında gəzinti ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb VİDEO

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH

Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək

Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb

® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib

“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda Çinin Yeni ili qeyd olunub

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

AQTA-da ərzaq və heyvan bazarlarının sahibləri ilə görüş keçiriləcək

“Milan”ın braziliyalı futbolçusu iki ay oynamayacaq

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək

Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib

® Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb

Macarıstanda Azərbaycan evində Turizm və Mədəniyyət Günü keçirilib

® “Azercell” abunəçilərinə xəbərdarlıq edib

Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb

“Məşğulluğa dəstək” layihəsinə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib VİDEO

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Belarus Prezidenti 15 məhbusu əfv edib

Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb

UNEC Özbəkistanın aparıcı elm və təhsil müəssisələri ilə strateji əməkdaşlıqlara imza atıb

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Səfir: İnanıram ki, Azərbaycan-Belarus münasibətləri bundan sonra da inkişaf edəcək

Kreml Putinin Trampla danışıqlara hazır olduğunu bəyan edib

Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər

ADAU ilə "Agro Dairy" arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

“İnsan kapitalı və təhsil” üzrə işçi qrup ötən ilin yekunlarını müzakirə edib

İtaliya saytı Azərbaycandakı Alban-Udi xristian icmasından yazıb

® Sadhquru, Qari Duqlas, Aleksey Sitnikovdan dərs aldı, 3000-dən çox tələbə yetişdirdi

Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

® “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Nazir: Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər VİDEO

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Tennis üzrə Avstraliya Açıq çempionatında finalçılar bəlli olub

ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

Türkiyənin sabiq səfiri İrəvanı Azərbaycanla dialoqda Tbilisidən nümunə götürməyə çağırıb

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

“Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yeniləyib

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

Braziliyalı hücumçu “Turan Tovuz”a keçib

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Səudiyyə Ərəbistanının milli himninin yeni versiyasını alman bəstəkar yazacaq

İtaliyanın tanınmış klubu bir gündə iki transfer həyata keçirib

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

Banqkokda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb

Böyük Britaniyada üç uşağı öldürən yeniyetmə 52 il həbs cəzası alıb

® İnvestisiyalar, xarici bazarlar və rekrutinq problemləri: “Move Real Estate Forum” beynəlxalq daşınmaz əmlak sammitində danışılacaq mövzular

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi ilə yeni müqavilə imzalayıb