DÜNYA


ABŞ Əfqanıstandakı hərbi kontingentini iki dəfə azaldacaq

Bakı, 3 yanvar, AZƏRTAC

ABŞ Əfqanıstandakı hərbi kontingentini iki dəfə azaltmağı planlaşdırır, lakin “Taliban” hərəkatına qarşı reydlər keçirmək üçün xüsusi təyinatlı qoşunların zərbə qruplarını ölkədə saxlamaq niyyətindədir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pentaqonda olan mənbənin məlumatına əsasən, Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı general-leytenant Skott Miller 8-12 ay müddətində 7 min amerikalı hərbçini geri qaytarmaq niyyətindədir.

Dekabrın sonlarında “The Wall Street Journal” qəzeti ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı qoşunların yarısını ölkədən çıxarmaq planını hazırlamaq barədə tapşırıq verdiyini yazmışdı. Sonradan Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidməti bu məlumatı təkzib etmişdi.

Rəsmi məlumata əsasən, hazırda Əfqanıstanda 14 min amerikalı hərbçi fəaliyyət göstərir. Onlar taliblərə qarşı əməliyyatlar təşkil edir və hərbçilərin təlimi ilə məşğul olur. Bundan əlavə, Əfqanıstanda NATO ölkələrinin 16 minlik hərbi kontingenti də dislokasiya olunub.

Xatırladaq ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin edilməsi üzrə ABŞ, NATO və terror əleyhinə beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatları əvəzləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.