SİYASƏT
ABŞ Azərbaycanın yaşıl enerjinin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir

Bakı, 1 iyun, AZƏRTAC
ABŞ Azərbaycanın yaşıl enerjinin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt söyləyib.
“ABŞ-da yaşıl hidrogen sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı mənə Azərbaycanın külək enerjisinin və yaşıl enerjinin digər növləri üzrə imkanları barədə məlumat verildi”, - deyə Cefri Pyatt bildirib.
Onun sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübələrindən və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk. Yaxın 50 ildə dünyanın enerji sistemləri çox dəyişəcək və bu, Azərbaycan üçün çox vacib məsələdir”.