SİYASƏT


ABŞ BURCANADZENİ GÜRCÜSTAN PREZİDENTİNİN VƏZİFƏSİNİ İCRA EDƏN ŞƏXS KİMİ TANIMIŞDIR

AZƏRTAC-ın müxbiri Vaşinqtondan xəbər verir ki, ABŞ Tbilisidə müxalifət qüvvələrinin təzyiqi nəticəsində Eduard Şevardnadzenin Gürcüstan Prezidenti vəzifəsindən getməsi ilə əlaqədar parlamentin sədri Nino Burcanadzeni bu vəzifəni icra edən şəxs kimi tanımışdır.

Bu, ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Riçard Bauçerin bazar günü axşam Vaşinqtonda yayılmış bəyanatında açıqlanır. Bəyanatda deyilir ki, ABŞ hökuməti keçid dövrünün prezidenti Burcanadze ilə işləməyə və onun Gürcüstanın demokratik quruluşunun bütövlüyünün qorunub saxlanması üçün göstərdiyi səylərdə iştirak etməyə hazırdır.

Həmçinin bildirilir ki, ABŞ dövlət katibi Kolin Pauell Burcanadzeyə və onun həmkarlarına kömək təklif etmək və onları Konstitusiyaya müvafiq surətdə fəaliyyət göstərməyə çağırmaq üçün Burcanadze ilə telefon danışıqları aparmışdır.

Bəyanatda deyilir: “Dövlət katibi Pauell Prezident Şevardnadze ilə də telefon danışıqları aparmış və böhranın dincliklə aradan qaldırılmasında oynadığı rola görə ona təşəkkür etmişdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.