SİYASƏT
ABŞ-DA YAŞAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARININ DA ƏN ÇOXU İLHAM ƏLİYEVƏ SƏS VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Vaşinqton seçki məntəqəsində seçicilər daha yüksək fəallıq göstərmişlər. Məntəqə açıldıqdan 3 saat sonra seçicilərin təxminən 50 faizi artıq prezident seçkilərinə münasibətlərini bildirmişdilər.
Səsvermə prosesini gün ərzində Seçki Sistemləri üzrə Beynəlxalq Fondun müşahidəçiləri izləmişlər. Müşahidəçilərin rəyi belə olmuşdur ki, ABŞ-da təşkil edilən seçki məntəqələrində səsvermə şəffaf və demokratik şəraitdə keçmiş, heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Yerli vaxtla saat 19-da bağlanan seçki məntəqələrində səslərin hesablanmasına dair protokola əsasən, nəticələr belə olmuşdur:
Vaşinqton seçki məntəqəsində İlham Əliyev 86,67 faiz, İsa Qəmbər 11,67 faiz, Etibar Məmmədov 1,67 faiz səs qazanmışlar.
Nyu-York seçki məntəqəsində İlham Əliyev 45,94 faiz, İsa Qəmbər 37,83 faiz, Lalə Şövkət Hacıyeva 8,1 faiz, İlyas İsmayılov 5,4 faiz, Etibar Məmmədov 2,7 faiz səs toplamışlar.