DÜNYA


ABŞ Konqresinin aşağı palatası 858 milyard həcmdə müdafiə büdcəsini təsdiq edib

ABŞ Konqresinin aşağı palatası 858 milyard həcmdə müdafiə büdcəsini təsdiq edib

Bakı, 8 dekabr, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini (oktyabrın 1-dən başlayıb) 858 milyard dollar həcmdə təsdiqləyib. Təşəbbüs kifayət qədər səs toplayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, daha əvvəl müdafiə büdcəsi layihəsi Konqresin hər iki palatasının aidiyyəti komitələri tərəfindən razılaşdırılıb. Təşəbbüs, digər məsələlərlə yanaşı, Ukraynaya təhlükəsizlik sahəsində azı 800 milyon dollar yardım və Rusiyaya qarşı Avropada yönəlmiş təşəbbüs üçün 6 milyard dollar ayırmağı nəzərdə tutur.

Sənəd Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları da əhatə edir, Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur, həmçinin raket əleyhinə müdafiə sistemləri ilə bağlı məlumat mübadiləsinə daimi qadağa qoyur. Bundan başqa, Vaşinqton Rusiya Federasiyası nümayəndələrinin G 20 və digər beynəlxalq təşkilatların tədbirlərində iştirakına mane olmaq niyyətindədir.

Büdcə layihəsi Senatda səsverməyə çıxarılacaq. Təşəbbüs Konqresin yuxarı palatası tərəfindən təsdiqlənərsə, imza üçün Prezident Co Baydenə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.