DÜNYA


ABŞ-da kosmosa turist səfərləri üçün kapsul nümayiş etdirilib

Bakı, 29 iyul, AZƏRTAC

Amerikanın “Space Perspective” kompaniyası turistlərlə birgə kosmosa qalxacaq kapsulun dizaynının son variantını nümayiş etdirib.

AZƏRTAC “The Sun” qəzetinə istinadla xəbər verir ki, “Spaceship Neptune” adlanan kapsul turistləri Yer səthindən 32 kilometr yüksəkliyə qaldıracaq. Kosmik aparatda səyahət etmək üçün bir biletin qiyməti 125 min dollar olacaq. 360 dərəcə müşahidə göyərtəsinə malik kapsulda səkkiz sərnişin səyahət edə biləcək. Uçuş təxminən altı saat davam edəcək.

Kapsulda quraşdırılan teleskopik kameralar sərnişinlərə Yer kürəsini yuxarıdan görməyə imkan verəcək. Kompaniya, həmçinin kosmik turistlərə Wi-Fi və içki barı vəd edir. Kapsulun ilk uçuşunu 2024-cü ildə həyata keçirəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.