DÜNYA


ABŞ-da meymunçiçəyinin yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib

Vaşinqton, 5 avqust, AZƏRTAC

ABŞ səhiyyə və sosial xidmətlər naziri Havyer Beserra ölkədə meymunçiçəyinin yayılması səbəbindən cümə axşamı fövqəladə vəziyyət elan edib.

AZƏRTAC xəbər verir ki, Beserra Bayden administrasiyasının bu virusa qarşı mübarizə üzrə gücləndirilmiş tədbirlər görməyə hazır olduğunu bildirib və hər bir amerikalını bu xəstəliyə ciddi yanaşmağa çağırıb.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, çərşənbə gününə qədər ABŞ-da meymunçiçəyinə yoluxma ilə bağlı 6.617 təsdiqlənmiş fakt qeydə alınıb.

Amerika hökumətinin bu qərarı Ümumdünya Səhiyyə Təşkilatının 23 iyul tarixli bəyanatında sonra qəbul edilib. Bəyanatda göstərilir ki, meymunçiçəyi səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət səviyyəsinə çatıb. ABŞ-ın bir neçə şəhərində və ştatında da fövqəladə vəziyyət elan edilib.

Digər tərəfdən, Birləşmiş Ştatlar çiçək xəstəliyinə qarşı “Bavarian Nordic” şirkəti tərəfindən istehsal edilən “Jynneos” vaksininin çatışmaması ilə üzləşib. Bu, Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti idarəsi tərəfindən bəyənilmiş yeganə vaksindir. Hazırda ölkə apteklərində 1,1 milyona yaxın vaksin dozası yayılması nəzərdə tutulur, halbuki təqribən 3,5 milyon doza vaksinə ehtiyac var. Oktyabr ayına qədər vaksin dozalarının çox olacağı gözlənilmir.

AZƏRTAC–ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.