DÜNYA


ABŞ-da qətllərin sayında son yüz ilin ən yüksək artımı qeydə alınıb

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ-da 2019-2020-ci illər arasında törədilən qətllərin sayı 30 faiz çoxalıb ki, bu da müasir ölkə tarixində ən yüksək artımdır.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə Federal Mərkəzinin tibbi statistika bölməsinin dərc olunan ilkin hesabatında deyilir. Qurumun ölüm statistikası şöbəsinin rəhbəri Robert Andersonun sözlərinə görə, bu, son 100 ilin ən böyük artımıdır.

Qətllərin artımında bundan öncəki rekord 2000-2001-ci illərdə qeydə alınmışdı – 20 faiz. Həmin göstərici 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş miqyaslı terror hücumlarla əlaqəli idi.

Hesabata görə, ölkənin hər 100 min sakininə düşən qətllərin sayı 2019-cu ildə 6 nəfər, 2020-ci ildə isə 7,8 nəfər təşkil edib ki, bu da 1980-ci illərin əvvəllərində qeydə alınan (hər 100 min sakinə 10 nəfər) göstəricidən xeyli azdır.

Tibbi statistika bölməsinin hesabatında həmin dövrlər ərzində törədilən qətllərin sayı göstərilmir. Federal Təhqiqatlar Bürosunun məlumatına görə, ötən il Birləşmiş Ştatlarda 21 min 570, bundan öncəki il isə 16 min 425 qətl hadisəsi qeydə alınmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.