DÜNYA
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb
Bakı, 16 may, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd artaraq 453 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 114 ədəd artıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 8 ədəd çoxalaraq 352 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 94 ədəd artım qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd azalaraq 100 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 21 ədəd artıb. Müxtəlif təyinatlı qazma qurğularının sayı 1-dir.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.